Kubada son iki həftədə 6 general ölüb

Son 2 həftə ərzində Kubanın 6 yüksək rütbəli hərbçisi dünyasını dəyişib.

TASS xəbər verir ki, bu barədə Kubanın Dövlət Televiziyası məlumat yayıb. Ölənlərdən biri 1950 ci illərdə Fulhensio Batista rejiminə qarşı mübarizə aparan Hilberto Antonio Karderodur. Onun cəsədi tibbi ekspertizaya göndərilsə də, ölüm səbəbi açıqlanmayıb.

İyulun 18-də isə rəsmi şəkildə 5 hərbçinin ölümü elan edilib. Bunlar Kuba ordusunun Şərq bölməsinin rəisi, general-mayor Auqustin Penyi, briqada generalı marselo, Verdesi Perdomo, Kuba parlamentinin deputatı, general-mayor Ruben Martinez Puente, general Manuel Eduardo Lastres və briqada generalı Armando Çoya Rodriqesdir. Hərbçilərin ölüm səbəbi açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest