KTMT sülhməramlıları Qazaxıstandan ÇIXDILAR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb.

Bu barədə TASS xəbər verir.

Ermənistandan olan hərbi bölmələr nəqliyyat vasitələrini və şəxsi heyəti Rusiyanın Aerokosmik Qüvvələrinin üç İl-76 hərbi-nəqliyyat təyyarəsinə yükləyərək Almatı aerodromundan havaya qalxıb.

Öz növbəsində tacik hərbçiləri də tətil günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantları da götürərək Rusiyaya məxsus bir İl-76 təyyarəsinə miniblər.

Qırğızıstan sülhməramlıları isə mühafizə etdikləri Almatı İES-2-nin ərazisindən öz konvoyunda dövlətlərinin sərhədinə doğru yola düşüblər. Onlar Qırğızıstan ərazisinə qədər təxminən 250 km qət etməlidirlər.

Daha əvvəl isə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Belarus sülhməramlılarının olduğu 10 təyyarənin Qazaxıstandan Minsk vilayətinə səmaya qalxdığını xəbər verib.

Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest