Koçaryan: “Biz hər şeyi itirdik”

Ermənistanda növbədənkənar parlament seçkilərinə az qalır.Bu gündən namizədlərin təbliğat-təşviqat mərhələsi  başlayıb.Bundan istifadə edən siyasi qüvvələr daha da fəallaşaraq bir-birlərinin ünvanına ittihamlar səsləndirilər.Artıq bir-neçə gündür Paşinyanın Koçaryana qarşı səsləndirdiyi ittihamlar erməni mətbuatının gündəmindədir.Koçaryan da susmur və Paşinyanı səriştəsiz və satqınlıqda ittiham edir.Ermənistanın 3-cü prezidenti Serj Sarkisiyan da hazırkı hakimiyyəti  günahlandırır və Paşiniyanın məğlubiyyətə görə özünü güllələməməkdə qınayır.Cəmiyyətə nifrət toxumu səpən Koçaryan və Sarkisyanın uzun illər zəhərlədikləri  erməni beyinlərinin təmizlənməsinə  zaman lazımdır.20 illik hakimiyyətləri dövründə Ermənistanda daşı-daş üstünə qoymayanlar,status kvonu saxlamaqla siyasi imitasiya edənlər, 30 il ərzində vaxt udaraq siyasi vəziyyəti öz xeyirlərinə dəyişməklə məşğul olublar.3 il əvvəl Koçaryan və Sarkisyanın yaratdığı quldur rejim dağılanda hər kəs münaqişənin sülh yolu ilə həllinə ümidlənsək  də, xəstə təxəyüllü toplum özünü qalib tərəf kimi aparıb danışıqlardan imtina etdi.Seçki öncəsi tərəflərin  söz davasının kökündə də “filan vaxtı filan kəs filan qərarı verdi” kimi ittihamlar durur.Bu gün Robert Koçaryanın Meğridə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də eyni məzmunludur:
 “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımadıq.Bunu etsəydik  bu müharibənin başlanğıcı olardı.Əslində assimetrik  konfederasiya qurmaq üçün hər şeyi etdik. Orada dövlət yaratmaq üçün bütün işlər görüldü. Qarabağın öz parlamenti və dövlət strukturları formalaşdı. Müharibəyə getməmək  üçün həmişə ehtiyatlı davrandığımız bəzi məsələlər var idi. Əminəm ki, Paşinyan  hakimiyyətə gəlməsəydi, daha 30 il  danışıqlar apara bilərdik. Danışıqların uzadılması onlara (azərbaycanlılara) ümidlərini itirməmələri üçün idi.Əgər belə olmasaydı  müharibədən başqa yol qalmırdı. Hazırkı hakimiyyət rəsmiləri nə etdi? İllər ərzində çəkdiyimiz əziyyəti puç etdilər.Bu gün bir şey, sabah başqa bir şey deyib danışıqları pozdular. Hamıya yalan danışdılar. Elə  vəziyyət yaratdılar ki, nə Azərbaycan, nə də vasitəçilər bizim nə  istədiyimizi  başa düşmədilər. Sonra Qarabağın Ermənistan olduğunu, daha sonra danışıqlarda maraqlı olmadıqlarını dedilər və Qarabağ Prezidenti də onlar deyəni  dedi. Populist ifadələr işlətməkdən çəkinmədilər. Qarabağın cənubunda  böyük layihələr, yollar, qəsəbələr  haqqında danışmağa başladılar. İnauqurasiyanın Şuşada  keçirmək qərarı isə azərbaycanlılar üçün həsaas məsələ idi.Üstəlik  qarşı tərəfə bəyənat verdilər ki, danışıqlar yolu ilə bir şey əldə edəcəyinizə ümid etməyin. Bununla da müharibənin başlanması üçün  hər şeyi etdik.Və   müharibədə hər şeyi itirdik.”
  Dünən Cermukda seçicilərlə görüşdə Sarkisyan,bu gün isə Meğridə Koçaryan Paşinyanın qarasına əməlli başlı döşəyiblər.Çox güman ki,Paşinyanın cavabı özünü çox gözlətməyəcək.Maraqlıdır ki, son bir neçə gündə Levon Ter-Petrosyanın səsi eşidilmir.Paşinyana tumar çəkə-çəkə ittihamlar səsləndirən qoca siyasətçi,Koçaryanın ünvanına kəskin ifadələr işlədir.Müqayisəli şəkildə apardığı paralellərdə kimin nə qədər günahkar olduğunu sübut edən Ter-Petrosyan, Koçaryan adlı siyasi alverçinin əsil simasını açır.Və Ter-Petrosyan anlayır ki,onları gözləyən vətəndaş müharibəsi  Ermənistanın bir dövlət kimi yox olacağını tezləşdirəcək.
Vəli Həsənoğlu
Bakuexo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest