Köçəryan indi də şam tutur

Robert Koçeryan öz tərəfdarları ilə 44 günlük müharibə zamanı ölən hərbçilərin xatirəsinə həsr olunan tədbir keçiriblər.

Bu barədə erməni mətbuatı məlumat verib. Məlumatda deyilir ki, tədbir iştirakçıları əllərində şam Yerablur hərbi panteonuna yürüş ediblər.

Parlamentin vitse-spikeri, Hayastan blokunun və Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyanın jurnalistlərə verdiyi müsahibədə qeyd edib ki, “məğlubiyyətə dözmək olmaz, mövcud vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bəli, ayaq üstə duracağıq, Vətən adına ölən oğlanlarımızın qanı, etdikləri fədakarlıq mənasız olmayacaq. Onların işləri davam edəcək”.

Hakimiyyətin siyasətini tənqid edərək, ölkənin türkləşməsinin qarşısını almaq lazım olduğunu qeyd edib.

Aksiyada Ermənistanın keçmiş prezidenti və “Hayastan” blokunun lideri Robert Köçəryan və fraksiyanın digər deputatları da iştirak ediblər.
Erməni KİV-ləri xəbər verir ki, analoji aksiya Ermənistanın ikinci böyük şəhəri – Gümrüdə də keçirilib.
Sentyabrın 27 -də Ermənistan hökumətinin qərarı ilə bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest