Kişi olduğu iddia edilən Zöhrənin posterləri küçələrə asıldı – FOTO

Tehranda kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudaiyə dəstək verilib.

Gender müzakirələri ilə gündəmə gələn Z.Xudaiyə dəstək üçün paytaxt Tehrandakı meydanlara onun posterləri asılıb.

“Qəhrəman idmançımız” və “İranın qüruru” şüarları yazılmış posterlər Tehran əhalisi və sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.

Xatırladaq ki, Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündə komandasına qələbə qazandırıb. Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest