Kişi ehtiyatsızlıqdan qardaşı oğlunu ÖLDÜRDÜ

Ucar sakini ehtiyatsızlıqdan qardaşı oğlunun ölümünə səbəb olub.

Hadisə gecə saatlarında rayonun Məlikballı kəndində baş verib.

Məlikballı-Qazıqumlaq avtomobil yolunda, 1987-ci il təvəllüdlü Vüsal Kamil oğlu Məmmədovun idarə etdiyi avtomobilin yanacağı qurtarıb. Əmisi, Xəqani Gülməmməd oğlu Məmmədov qardaşı oğluna yardım etmək məqsədi ilə idarə etdiyi “VAZ” markalı avtomobili arxaya verərkən ehtiyatsızlıq nəticəsində Vüsal Məmmədov iki avtomobilin arasında qalıb. Ağır xəsarət alan zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vüsal Məmmədovun vəziyyəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./APA/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest