Kişi alt paltarlarının üstündə də “iti qovan” markası?

Eyyub Hüseynov: “Biznes qurumları hər bir haldan istifadə edib pul qazanmaq istəyirlər, ancaq…”

“İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır!”. Bu sözləri Prezident İlham Əliyev ötən il 44 günlük Vətən müharibəsi zamanı xalqa müraciətində demişdiO vaxtdan bəri bu ifadə, şüar yaddaşlarda qaldı və hər kəs fəxrlə səsləndirir.

Lakin bu günlərdə Bakıda fəaliyyət göstərən marketlərin birində satışa çıxarılan kişi alt paltarının üst hissəsində “İti qovan” yazıldığının şahidi olduq. 44 günlük müharibədən yaddaşlarda qalan ifadənin alt geyiminin üzərində qeyd olunması isə heç də xoş deyil.

Onu da qeyd edək ki, Azərbaycanda “iti qovan” adlı PUA istehsal olunmağa başlayıb. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir. Bildirdiyimiz ki, İkinci Qarabağ müharibəsi zamanı Prezident İlham Əliyevin xalqa müraciəti zamanı qətiyyətli çıxışı Milli Ordumuzda da böyük ruh yüksəkliyi yaradır, əsgər və zabitlərimizi döyüşlərə daha əzmlə girməyə səsləyirdi.

44 günlük Zəfər müharibəsindən sonra “iti qovan” ifadəsini alt paltarının üzərinə yazmaq, bununla reklam aparmaq nə dərəcədə düzgündür?

  • “Şirkətlər “iti qovan”ı bir brendə çevirə biləcəklərsə, üst paltarlarına, maykalara, papaqlara, kepkalara qoysalar, daha yaxşıdır”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bu ad nə qədər çox yayılsa o qədər yaxşı olar, amma alt deyil, üst paltarlarında: “İti qovan” məna kəsb edən ifadədir. Yəni sürətlə qovan deməkdir. Biznes qurumları hər bir haldan istifadə edib pul qazanmaq istəyirlər. Bunu bir brendə çevirə biləcəklərsə, üst paltarlarına, maykalara, papaqlara, kepkalara qoysalar, daha yaxşıdır. Alt paltarına qoyulması heç uyğun deyil”.

Günel CƏLİLOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest