“Kinder”dən 150 uşaq Salmoneloza yoluxdu

Avropanın 9 ölkəsində “Kinder” şokoladından 150 nəfər Salmoneloza yoluxub.

Bu barədə Avropa Qida Təhlükəsizliyi Qurumu və Avropa Xəstəliklərə Nəzarət Mərkəzinin birgə bəyanatında deyilir. 

Qeyd olunur ki, Salmonella bakteriyalarına (Salmonella Typhimurium) 150 yoluxma faktı aşkar olunub. Yoluxma mənbəyinin Belçikadakı şokolad istehsalı zavodu olması müəyyən edilib. 

Məlumatda göstərilir ki, yoluxmaya əsasən yaşı ondan az olan uşaqlar məruz qalıb. Onlarda qusma və ürəkbulanma kimi simptomlar aşkar edilib. Ölüm faktı müəyyən edilməyib. Yoluxmanın əsas mənbəyinin tapılması üçün araşdırma aparılır. 

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest