Keşiş övladlığa götürdüyü qızları illərlə zorlayıb

Rusiyada Müqəddəs Nikolay kilsəsinin keşişi övladlığa götürdüyü üç qızı 10 il ərzində zorlayıb.

Qeyd olunur ki, 2010-cu ildə 46 yaşlı Sergey Lısenko həyat yoldaşı ilə birlikdə 13 yaşlı qızı övladlığa götürüb.  Yeniyetməyə atalığının ona təcavüz etməsi ilə bağlı ögey anasına deyib.

6 il əvvəl ailə daha bir yeniyetmə qızı övladlığa götürüb. Həmin qız da eyni hadisə ilə üzləşib. O, həqiqət üzə çıxana qədər, iki il bu barədə danışmayıb.

Digər övladlığa götürülmüş ögey qız da atalığı tərəfindən təcavüzə uğrayıb.

Keşişin arvadı polisə bu barədə məlumat verib. Din xadiminin barəsində cinayət işi başladılıb. Onu səkkiz ilə qədər həbs gözləyir.

Mənbə: Don Mash “Telegram” kanalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest