Keçmiş Baş nazir Novruz Məmmədovun qızının yaşadığı LÜKS VİLLA – FOTO

Bu yaxınlarda nəvəsinin kiçik toyunda rəqsi ilə gündəmə gələn keçmiş Baş nazir Novruz Məmmədovun kürəkəninin müğənni-xanəndə Pərviz Qasımov olduğu məlum olub.
“Evdəkilərə salam” verlişinin ikinci dəfə qonağı olan Pərvizin ailə qurandan sonra yeni mənzilə köçməsi diqqətdən yayınmayıb. Bu vaxta kimi hündürmərtəbəli bina evində yaşayan xanəndə artıq ailəsi ilə böyük həyətyanı sahəsi olan lüks villada yaşayır.
Qeyd edək ki, gənc xanəndə keçmiş Baş nazirin qızı Firuzə ilə ailə həyatı qurub. 
Pərviz Qasımov verlişdə Firuzə ilə tanışlıqlarından danışıb:

“İncəsənət Gimnaziyasında bir yerdə oxumuşuq. Firuzə xanım rus sektorunda oxuyub, mən Azərbaycan sektorunda. Tədbirlərdə bir yerdə oxuyurduq. Tədbirlərdə görüşürdük, konsertlərdə bir-birimizi görürdük. 

Elza (Seyidcahan) xanımla bir mahnıları var idi – “Dondan-dona girərək”. Sonra elə oldu ki, Firuzə bu sənətdən uzaqlaşdı, dövlət işində çalışır. Ondan sonra tədbirdə qarşılaşdıq. Elə bir-birimizə xatırlatdıq, tanıdıq bir-birimizi”. 
Bu da Pərviz-Firuzə cütlüyünün lüks villası:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest