Kanadanın Baş naziri: Hayd Park faciəsi müsəlmanlara qarşı terror aktıdır

Kanadanın Baş naziri Castin Tryudo Ontario vilayətinin London şəhərində müsəlman ailənin qətlini terror hadisəsi adlandırıb.

TASS xəbər verir ki, o, bu bəyanatla ölkə parlamentində çıxış edib.

Baş nazir bildirib ki, Hayd Parkda baş verənlər “nifrətdən doğan terror aktıdır”.

Tryudo, həmçinin ölkə vətəndaşlarını rasizm və ksenofobiya halları ilə mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, Londonun Hayd Park ərazisində gənc sürücü avtomobilini qəsdən müsəlman ailənin üzərinə sürüb. Nəticədə bir nəfər yerindəcə, üç nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həlak olub. Ailənin yalnız 9 yaşında bir övladı sağ qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest