Kadırov Türkiyəni təhqir və təhdid etdi-FOTO

Ramzan Kadırov Ərdoğanı Türkiyədə Cövhər Dudayev parkının açılmasına və “terrora dəstək” verdiyinə görə “güzgülü cavab”la hədələyib.

Kadırov bu barədə öz Telegram kanalında yazıb. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiyada cinayət törədən terrorçuları ört-basdır etməyi dayandırmağa çağırıb.

“Mən şəxsən belə bir alçaq siyasi hərəkəti təsəvvür edə bilmirəm və ona görə də açıq şəkildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm: qərarınızı verin! Ya siz terrorçuları açıq şəkildə dəstəkləyən dövlət statusu alırsınız, ya da onun arxasınca inancınızı dəyişmədən Rusiya Federasiyası ilə şəffaf və dürüst münasibətlərin tərəfdarısınız”, – deyə Kadırov müraciət edib.

Kadırovun sözlərinə görə, terrorçular Türkiyədə özlərini o qədər rahat hiss edirlər ki, özlərinin kinli, meydan oxuyan və təxribat xarakterli anti-Rusiya çıxışlarında müdafiəsiz qadınlara qarşı vulqarlıqdan iyrənmirlər.

“Əks halda, axtarışda olan quldurlar, yaramazlar Türkiyədə sığınacaq taparkən, minlərlə dinc insanın ölümündə iştirak edən terrorçuların adına parklar salınıb, toplantılar, tədbirlər təşkil edilərkən, biz də cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq”, – çeçen lideri yazıb.

Çeçenistan rəhbəri PKK lideri Abdulla Öcalanın adına park salınması və digər “güzgülü” cavab tədbirləri görəcəkləri ilə Ərdoğana ismarıc göndərib.

“İndiki halda Türkiyə həbsxanalarından birində ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdulla Öcalanın adının Qroznıda əbədiləşdirilməsi bizim tərəfimizdən kifayət qədər məntiqli və siyasi baxımdan “güzgülü” cavab olacaq”, – deyə Kadırov barmaq silkələyib.

Kadırov daha sonra qeyd edir ki, Türkiyə hakimiyyətinin indiki hərəkətləri əsrlər boyu inkişaf edən Rusiya-Türkiyə münasibətlərinə birbaşa təhlükədir. O, Rusiya XİN-ə müraciət edərək, buna diqqət yetirməyə və bu cür təzahürlərə qarşı qabaqlayıcı diplomatik tədbirlər görməyə çağırış edib.

P.S. Böyük türk xalqının lideri, çox hörmətli prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin və xalqımızın ən yaxın dostu və qardaşıdır. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə mənəvi dəstək verən dövlət xadimi olaraq xalqımız tərəfindən unudulmaz tarixi şəxsiyyət kimi sevilir və seviləcək. Və inanırıq ki, Ramzan Kadırov Türkiyə prezidentini tənqid etməklə heç bir məqsədinə nail olmayacaq.

Xuraman Etibarlı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest