Kadırov inquş xalqını belə təhqir etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu inquş xalqını açıq təhdid edib.

O, müraciətini birbaşa özünün İnstaqram hesabında səsləndirib. Kadırovun sözlərinə görə, inquş xalqının ona qarşı ittiham irəli sürmək üçün üç gün vaxtı var.

“İnquş xalqından böyük xahiş! Əgər mən sizin düşməninizəmsə, o zaman günah və cəzanın dərəcəsini müəyyən edin. Nə etmək istədiyinizi deyin: döyməkmi, qovmaqmı, öldürməkmi”, – deyə çeçen lideri söyləyib.

Ramzan Kadırov inquş xalqının ona hər hansı ittiham irəli sürmədiyi təqdirdə, şərəfini ləkələyən hər kəsdən hesab soracağını bildirib.

Çeçenistan rəhbəri inquşları üstəlik doğma torpaqlarının qalanını da əllərindən alacağı ilə hədələyib.

“Buradan təxribatçılara səslənirəm. Mən sizdən torpaq qopardım, çünki sizi adam və kişi saymıram. Əgər sakitləşməsəniz, sizin qalan kəndlərinizi də əlinizdən alacağam” , – deyə o bəyan edib. Musavat.com.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest