Jurnalist atışma nəticəsində həyatını itirdi – FOTO

Əl-Cəzirə telekanalının qadın müxbiri Şirin Əbu Akleh İsrail qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Şirin Əbu Akleh İsrail qüvvələrinin həqiqi güllələrlə açdığı atəş nəticəsində başından ağır yaralanaraq həyatını itirib.

Şirin Əbu Akleh İsrail ordusunun Cenin düşərgəsində müharibənin gedişatını izləyirdi.

İsrail tərəfi hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Əzizə Zeynal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest