Jirinovskinin oğlu adını dəyişərək İspaniyaya köçməyə hazırlaşır – FOTO

Rusiyanın aprelin 4-də vəfat edən siyasətçisi Vladimir Jirinovskinin böyük oğlu və Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev adını, soyadını və ata adını tamamilə dəyişib.

Bu barədə Rusiyanın “Baza” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, indi onun adı David Aleksandroviç Qarsiyadır.

Ad dəyişikliyi 2021-ci ilin yayında baş verib, sonra o, Rusiya siyasətindən və LDPR partiyasından həmişəlik ayrıldığını elan edib.

“Bu qərarın səbəbi hələ 2014-cü ildə Avropa İttifaqının Jirinovskinin oğluna tətbiq etdiyi sanksiyalar ola bilər. Həmin andan keçmiş deputat ailə üzvlərinin çoxlu daşınmaz əmlaka malik olduğu Avropaya getmək imkanını itirib», – məlumatda deyilir.

Ukraynalı jurnalist Denis Kazanskinin sözlərinə görə, Jirinovskinin oğlu İspaniyaya köçməyə hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest