Jirinovski yenə sərsəmlədi

“Qazaxların öz əraziləri yoxdur, ərazilərin böyük bir hissəsini Stalin sadəcə hədiyyə kimi verib”.

Belə bir qalmaqallı açıqlama ilə Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski “Soloviev LIVE” YouTube kanalına telefon zəngi zamanı deyib.

“Onların özbəklərlə Daşkənd uğrunda münaqişəsi gedirdi. Özbəklərə Daşkənd verildi, Cənubi Sibirin yarısı, Uralın yarısı isə Qazaxıstana verilib. Həmişə nə vaxtsa geri dönəcəkləri qorxusu ilə yaşayırdılar. Tezliklə 100 il olacaq ki, hökumət heç vaxt qazaxlara məxsus olmayan əraziləri idarə edir”, – deyə Jirinovski bildirib. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest