İsveçrə hökuməti Danimarkanın Ukraynaya İsveçrə istehsalı olan 20 “Piranha II” zirehli maşını göndərmək qərarına veto qoyub.
Bu barədə İsveçrə Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib.
Belə ki, qərarda Bern qanunlarının neytrallıq siyasətinin bir hissəsi olaraq döyüş bölgələrinə hərbi yüklərin daşınmasını qadağan etdiyi vurğulanıb.
Qeyd edək ki, aprel ayında İsveçrə eyni səbəbdən Almaniyanın Ukraynaya tədarük edəcəyi zenit tankları üçün sursatları qarşılamaqdan imtina etmişdi.