İstirahədə gedən deputatlarımız görün nə qədər “otpusknoy” alırlar-FAKT

Bu gün deputatlar növbəti yay tətilinə çıxdılar. Amma sağ olsun hökümətimiz, deputatları tətilə əli boş yola salmayır. Hər bir deputata( hər bir vətəndaşa yox haaa) xüsusi diqqət ayrılıb. Ayrıca iş otağı və köməkçi ilə təmin edilən deputatlar “otpuska”ya gedəndə də əli dolu gedirlər.

Beləki, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar.Sıravi deputatlarda bu məbləğ 5197.5 manat (1732*3), parlament Sədrində 7425 manat (2475*3), birinci müavində 6682.5 manat (2227.5 *3), müavində 6311.25 manat (2103.75 *3), komitə sədrlərində 5568.75 (1856.25*3) manat eləyir. Beləcə çox “gərgin” və ” səmərəli” işləyən deputatlarımız görünür bu qayğını türklər demiş “hak edir”. Hələ onu demirik ki, hörmətli deputatlarımıza büdcədən Yeni il, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı ilə əlaqədar 700 AZN əlavə bayrampulu verilir. Baxmayaraq ki, həmin deputatların seçicilərinin çoxu bayramda süfrəsinə bir kilo nabat almağa pul tapmır.

Neyniyək, bu da bizim seçimimizdir. Özümüz etmişik.

Dünyada bütün dövlət qurumları, hökümət üzvləri və deputatlar xalq üçün çalışır, xalqın xidmətində durur. Azərbaycanda isə xalq deputatların, hökümət üzvlərinin və digər məmurların qulluğunda dayanır. Onların meşşan yaşayışı üçün çalışır. Son qəpiyini də məmurlara ya rüşvət, ya vergi, yada ki, zopa pulu kimi ödəyir.

Çünki, burası Azərbaycandır.

Surxay Atakişiyev,

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest