İstanbulda qan su yerinə axır…

İstanbulda Qurban bayramı günlərində bir çox sakinlərin öz qurbanlarını icazə verilməyən yerlərdə kəsib heyvanın qanını su hövzələrinə axıtdığını əks etdirən görüntülər yayılıb.

Türkiyə KİV-ləri xəbər verir ki, İstanbulun tarixi Boğaköy məhəlləsində şəhərin müxtəlif yerlərindən gələnlər bu gün səhər saatlarında öz qurbanlarını meşəlik ərazidə kəsiblər. Kəsilən heyvanların qanı məhəllə sakinlərinin su ehtiyaclarını aradan qaldırmaq üçün istifadə etdiyi bulağın suyuna qarışıb və nəticədə kranı açan sakinlər su əvəzinə heyvan qanı axdığını görüblər. Sakinlər buna etiraz edirlər və deyirlər ki, icazəsiz qurban kəsimi Boğazköy meşələrində antisanitariya yaradır və su mənbələrini çirkləndirir.

İstanbulun Sazlıdərə su bəndinə də icazəsi qurban kəsimləri nəticəsində su əvəzinə qan axıb. Bu görüntüləri çəkən sakinlərdən biri onu social şəbəkədə yerləşdirib. Görüntülərə əsasən dərədən heyvan qanı qarışmış qırmızı rəngli su içməli su mənbəyi olan su bəndinə axır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest