İstanbul hava limanına çəyirtkə sürüsü hücum etdi

Bu gün İstanbul hava limanında qeyri-adi hadisə yaşanıb. “Haber Global” məlumat verir ki, minlərcə çəyirtkə aeroportun uçuş-eniş zolaqlarından birini istila edib.

Sürü əraziyə çəyirtkələrlə qidalanan çox sayda qağayıların toplaşmasına da səbəb olub.  

Aparılan dərmanlama işlərindən sonra çəyirtkələrin bir qismi ölüb, qalanları isə hava limanından uzaqlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest