İsmayıllı şəhərindəki Zərifə Əliyeva adına park niyə bu günə salınıb?- VİDEO

İsmayıllıda turizmin inkişafına geniş imkanlar var.Amma bundan heç də səmərəli istifadə olunmur.

İndi “Rayonumuzda bütün park və xiyabanlar abadlaşdırılıb və adama gəl-gəl deyir”-deyənlər çoxdur. Lakin boğazdan yuxarı deyilən bu kimi sözlərin heç bir əsası yoxdur. İnanmırsınızsa buyurun baxın.



Bəli, İsmayıllıda günü-gündən inkişaf edən yalnız məmurların şəxsi büdcəsi və əldə etdikləri mal-mülkdür. Əslində yalanlar hələ ki,burada ayaq açıb yeriyir. Heç bilirsiniz burada məmurlar yalanı necə danışırlar? Adamın gözünün içinə baxa-baxa yalan danışır, hətta ALLAHA da and içirlər. Hərdən adama elə gəlir ki,iraq yaxşılarından, məmurların Allahı yoxdur, onların ALLAHı puldur. Baxın dövlətin inkişafından danışıb baş-beynimizi yoranlar. Rayonun ən çox əhalisinin yığılan yeri, hətta rayonumuza gələn qonaqların da yığışdığı park nə gündədir? Eyni zamanda həmin ərazi konsert verəcək bir yer kimi nəzərdə tutulmuş. Deyəsən rayonumuzda üstü bəzək, altı təzək olan çox şeylər, çox yerlər var. Ümidvarıq ki, əlaqədar qurumlar tərəfindən tədbir görüləcək.

Elçin İsmayıllı.

İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest