İŞİD lideri İstanbulda tutuldu

İstanbul polisi İŞİD-in yeni liderini əməliyyatla ələ keçirib.

Böyük məxfilik şəraitində keçirilən əməliyyatda təşkilatla bağlı mühüm məlumatlar əldə edilib.

Belə ki, Türkiyə polisi İŞİD-in yeni lideri Əbu Həsən əl-Qureşinin İstanbulda olduğunu öyrənib. İŞİD liderinin yerləşdiyi ev günlərlə izlənilib. Əməliyyata şəxsən İstanbul polis rəisi Zəfər Aktaş rəhbərlik edib. Bircə güllə atılmadan Əbu Həsən əl-Qureyşi saxlanılıb.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyənin beynəlxalq aləmdə terrorla mübarizəsi ilə bağlı İŞİD liderinin ələ keçirilməsinin təfərrüatlarını açıqlayacaq. İŞİD liderini dindirmələrin sonunda təşkilatın mühüm məlumatları əldə edilib.

Xatırladaq ki, 2014-cü ildə xilafətini elan edən İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi 2019-cu ilin oktyabrında ABŞ-ın İdlibdə keçirdiyi əməliyyatlar zamanı öldürülüb.

Təşkilatın növbəti lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşi olub.O da əvvəlki lider əl-Bağdadi ilə eyni aqibəti yaşayıb. Belə ki, o, 2022-ci il fevralın 3-də ABŞ-ın İdlibdə keçirdiyi əməliyyatda öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest