İranlı millət vəkili türkləri aşağıladı

İran parlamentində İzə şəhərini təmsil edən Hidayətullah Xadimi azərbaycanlılara və türklərə həqarət edib. O, Təbrizin “Səhənd” stadionunda Azərbaycan Respublikasının bayrağını qaldıranları “tula” adlandırıb.

“Ölkənin çörəyini yeyib stadionda Türkiyə və sionistlərin muzdlu tulaları kimi bağırıb iranlıları, böyük Kiri təhqir edənlər bilməlidirlər ki, onların Oğuz babaları çöllərdə bir tikə çörəyə görə talan və qətliam törətdikləri vaxtdan 2 min il qabaq Kir və iranlılar yer kürəsinin 50 fazinə hökm edirdilər”-deyə, parlament nümayəndəsi özünün Tvitter hesabında yazıb.

O, Ərdəbildə qurulan Səfəvi dövlətinin Osmanlı imperiyasını məhv etdiyini, Nadir şahın bu “prosesi tamamladığını” iddia edib.

Hidayətullah Xadimi stadionda Azərbaycan bayrağı qaldırıb və türkcə şüar verən kütlənin azlıq təşkil etdiyini yazıb və Təbrizdən seçilmiş millət vəkillərindən məsələ ilə bağlı açıqlama vermələrini istəyib.

Qeyd edək ki, mayın 19-da Təbrizin “Səhənd” stadionunda “Traktor” və “Persepolis” komandalarının qarşılaşması zamanı azərbaycanlı fəallar Azərbaycan Respublikasının bayrağını qaldırıblar. Türkiyə bayrağı ilə birgə Azərbaycan bayrağının qaldırılması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sosial media fəalları iki komandanın oyununda İran bayrağının gözə dəymədiyi halda Azərbaycan Respublikasının bayrağının qaldırılması və coşğu ilə qarşılanmasını İran hökumətinə mesaj kimi dəyərləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest