İranlı məhbus müəllim: “Xamenei, sən oğruların sultanısan!”

İranlı müəllim Haşim Xastar bu yaxınlarda Məşhədin Vəkilabad zindanından yaydığı məktubunda İran xalqının mübarizəsinə dəstəyini ifadə edib. O, Xameneiyə xitabən yazdığı məktubda onun “oğruların sultanı” olduğunu və buna görə də azadlıq tərəfdarlarına qarşı repressiv davrandığını bildirib.

Ölkənin azad müəllimlərinin nümayəndəsi olan Haşim Xastar 2022-ci ilin mayında yazdığı məktubunda bildirib ki, “Başımızın kəsilməsin dən qorxsaydıq, aşiqlər çevrəsində rəqs etməzdik”.

O, daha sonra yazıb: “Zindan mənim üçün nə qədər bərəkət və nemət mənbəyi olubsa, başqa heç bir yer və heç bir şey bu qədər bərəkətli olmayıb. Həbsxananın mənim üçün bir nemət olması, heç kimə zərər verməyib, amma Xomeyni üçün nemət sayılan müharibə millət üçün bir fəlakət yaratdı”.

“Zamanın tələbi ilə diktator və diktatura rejiminə qarşı mübarizə aparmağa məcbur olan bir müəllim molla rejimin cinayətləri, o cümlədən 1988-ci ildə edam olunan siyasi məhbuslar haqqında daha çox öyrənmək üçün həbsxanadan daha yaxşı bir yer tapa bilməz”, – deyə siyasi məhbus əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest