İranın səfiri koronavirusdan öldü – FOTO

İranın Yəməndəki səfiri Həsən İrlu dünyasını dəyişib.

Bu barədə məlumatı İran XİN-in rəsmi sözçüsü Səid Xətibzadə açıqlayıb.

Onun sözlərinə görə, səfir koronavirusdan vəfat edib.

Xətibzadə xatırladıb ki, səfir sağlamlığında yaranan problem səbəbindən İrana qayıtmalı olub. O bildirib ki, İraq daxil olmaqla bəzi ölkələr səfirin ölkəsinə geri qayıtmasına köməklik göstərib.qafqazinfo

İranın Yəməndəki səfiri koronavirusdan öldü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest