İranda çökən bina ilə bağlı reportaj hazırlayan tanınmış JURNALİST YOXA ÇIXDI

Abadanda çökən bina ilə bağlı reportaj hazırlayan jurnalist yoxa çıxıb.

Ailəsindən verilən məlumata görə, mayın 28-də son telefon danışıqlarından sonra jurnalistlə əlaqə saxlaya bilməyiblər.

Abadan şəhərində çökən çoxmərtəbəli “Metropol” binasından reportaj hazırlayan tanınmış fotojurnalist və ictimai fəal Yəlda Moiri yoxa çıxıb.

Çökən binadan fotoreportaj hazırlamaq üçün Abadan şəhərinə gedən Yəlda Moirinin yoxa çıxması ilə bağlı əlaqədar qurumlara edilən müraciətlərə cavab verilməyib.

Hadisə yerində olan şahidlərin dediklərinə görə, fotojurnalist mayın 28-də çökən bina yaxınlığında təhlükəsizlik məmurları tərəfindən tutularaq naməlum istiqamətə  aparılıb.

Xatırladaq ki, mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində onlarla insan ölüb və xəsarət alıb.

Abadan əhalisi həmin gündən etirazlara başlayıb. Etirazçılara qarşı güc tətbiq olunub.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest