İran televiziyasından azərbaycanlılara HƏQARƏT- VİDEO

İran televiziyasında azərbaycanlılara dil uzadılıb: “Bu xalq fars kökənlidir, türk dilini zorla qəbul edib”.

İranın “Cam-i Cəm” televiziya kanalının “Sobhe parsi” verilişinin qonağı dilçi və ekspert Şəban Mirşokrayi İranda yaşayan türklərin əslində fars kökənli olduğunu bildirib. Qeyd edib ki, bu millət türk dilini sonradan zorla qəbul edib.

“Əslində İranda yaşayan azərbaycanlılar və qaşqaylar fars kökənlidirlər və türk dili moğulların işğalı zamanı bölgə xalqlarına zorla təhmil edilib”-deyə, Mirşokrayi bildirib.
İran televiziyasının bu verilişi azərbaycanlı sosial media istifadəçiləri və mədəni fəalların geniş etirazına səbəb olub.
Onlar bu cür verilişlərin bilərəkdən hakimiyyətin tapşırığı ilə hazırlandığını, türkləri aşağılamaqla yanaşı ölkədə hakim olan dərin iqtisadi böhrandan fikir yayındırmaq məqsədi daşıdığını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest