İran polisi Qarabağın azad olunmasını dəstəkləyən güneyli fəalın evində axtarış apardı

Ərdəbildə güney azərbaycanlı fəal Möhsün Əqdəmin atası İsmayıl Əqdəmin evində hüquq mühafizəçiləri tərəfindən axtarış aparılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri İsmayıl Əqdəmin ailəsini oğlunu tutmaqla hədələyib və evdə axtarış aparıblar, ancaq Möhsün Əqdəmi tapa bilməyib.

Qeyd edək ki, əslən Ərdəbildən olan Möhsün Əqdəm hazırda Tehranda yaşayır. Bundan öncə də o, dəfələrlə təhlükəsizlik idarəsinə çağırılaraq saxlanılıb və dindirilib.

Sonuncu dəfə isə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə zamanı Qarabağın azad olunmasını dəstəklədiyinə görə İran təhlükəsizlik qüvvələri onu saxlamışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest