“İran nüvə silahını əldə etməyə heç yaxın da deyil” – Kohendən ŞOK AÇIQLAMA

“Mən hesab edirəm ki, İran bu gün ilk nüvə silahını əldə etməyə heç yaxın da deyil. Bu, dünyadakı bəzi qüvvələrin çoxdandır davam edən səyləri ilə əlaqəlidir”.

Bunu MOSSAD-ın keçmiş direktoru Yossi Kohen bidlirib.

Yossi Kohenin sözlərinə görə, İran indi nüvə razılaşmasının qüvvədə olduğu vaxtlardan daha çox təcrid edilib.

Bu günlərdə İran açıqlayıb ki, 20 faizə qədər zənginləşdirilmiş 120 kiloqram urana malikdir. Tehranın bunun nüvə yanacağı məqsədi ilə əldə edildiyini deyir, alimlər isə bildirir ki, İranın malik olduğu zənginləşdirilmiş uran nüvə silahı hazırlamaq üçün zəruri olan uranın həcminin 80 faizini təşkil edir.

İsrail prezidenti İshaq Hersoq isə həmin konfransdakı çıxışında deyib ki, İran Yaxın Şərqdə təcavüz siyasəti yürüdür.

“Biz dünyanın uzlaşdırılmış şəkildə hərəkət etmək imkanında olmadığını, İranın Yaxın Şərqdəki caynaqlarını kəsmək üçün strategiya hazırlaya bilmədiyini, onun ballistik raketlərini və nüvə proqramını dayandırmaq üçün heç nə etmədiyini görürük. İran onun nüvə proqramına dair aydın koordinasiyası olmayan dünya ictimaiyyətinin fəaliyyətsizliyindən istifadə edir. Bu isə sülhə və təhlükəsizliyə aşkar təhdiddir”,-Hersoq bildirib./virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest