İran mayın 21-dən Ermənistan avtomobillərinin ölkəyə girişi üçün RÜSUM TƏTBİQ EDƏCƏK

İran mayın 21-dən Ermənistan avtomobillərinin ölkəyə girişi üçün rüsum tətbiq edib.

İran Yol Daşımaları və Xidmətləri Təşkilatının Beynəlxalq Yük Daşıma Ofisinin məlumatına görə, erməni sürücülər İrana daxil olmaq üçün 120 dollar ödəyəcəklər.

Qərar Paşinyan hökumətinin hərəkətlərinə cavab olaraq qəbul edilib.

Qeyd olunur ki, 2018-ci ildən İrəvan guya İran dövlət nömrə nişanlı avtomobillərdən rüsum yığır. Üstəlik, 2021-ci ilin əvvəlindən Ermənistan tərəfi Meğridəki terminalda yükləmə-boşaltma imkanlarını birtərəfli qaydada ləğv edib.

Məlumata görə, Tehran tarifləri çox yüksək hesab edərək Ermənistanda yol vergisi məsələsini həmişə gündəmə gətirib. İran və Ermənistan yükdaşıyanları arasında razılaşma da var: İran yük maşınları Ermənistanla sərhədə çatır, orada yükləri boşaldır, sonra isə erməni yük maşınları onları Ermənistana gətirir.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest