İran hökuməti Ermenistanla enerji əməkdaşlığını canlandırır

“Şəbistan” ajansı xəbər verir ki, İranın neft naziri Cavad Ouci bu yaxınlarda Ermənistanın bölgəsəl idarəetmə və infrastruktur naziri ilə görüşüb, onunla İran qaz şəbəkəsinin Türkmənistandan qaz mübadiləsinə başlamaq və ermənilərə qaz ixracını artırmağa hazır olduğunu deyib.

İranlı nazir bildirib: “Türkmənistandan İran vasitəsilə Ermənistana qaz mübadiləsi ilə bağlı artıq danışıqlar başlayıb və biz bu ölkənin qaz kəmərləri şəbəkəsinin yüksək ötürmə qabiliyyətinə görə tezliklə yaxşı nəticələr əldə edəcəyik”.

Habelə, mayın 19-da İranın neft naziri və Azərbaycan baş nazirinin müavini arasında Tehranda görüş baş tutub. Cavad Ouci və Şahin Mustafayev Tehran və Bakı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsininönəmini vurğulayıblar.

Xatırladaq ki hər zaman ikibaşlı oyun oynayan Tehran hökuməti həm işğalçı Ermənistanla, həm də 30 il erməni işğalına və Xocalı soyqırımına məruz qalan Azərbaycanla əlaqələrini eyni anda qorumaqla, bununla İslam həmrəyliyinə uyğun olaraq haqqın yanında və nahaqqın qarşısında olduğunu deyil, əslində yalnız öz dövlət maraqlarını güddüyünü bir daha göstərmiş olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest