İran hakimiyyəti xalq etirazları ilə üz-üzə: Sonu necə olacaq? – VİDEO

Teokratik rejimin sərt təzyiqlərinə və basqılarına baxmayaraq, İranda əhalinin getdikcə daha da dərinləşən sosial-iqtisadi problemlərlə bağlı kütləvi etirazları səngimir.

Az qala hər gün ölkədə hansısa şəhərdə və ya hansısa istehsal müəssisəsində işçilərin tətil və nümayişləri barədə xəbərlər yayılır. Bəzi aksiyalar isə özünün miqyasına və ictimai-siyasi mahiyyətinə görə beynəlxalq aləmdə rezonans və diqqət doğuraraq, İranda sadə əhalinin məruz qaldığı çeşidli məhrumiyyətlərin üzərinə işıq salır.

Son həftələrdə İranın üçüncü böyük şəhəri olan İsfahanda baş verən və bəzi media orqanlarının “qanlı cümə” adlandırdığı hadisələrlə nəticələnən kütləvi etirazlar da bu qəbildəndir.

Daha ətraflı “Azad İran”ın hazırladığı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest