İrəvanın milyonçular məhəlləsi yanır – FOTO

İrəvanın elit rayonu sayılan Vaaqnidə güclü yanğın baş verib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Restoranlar kompleksinin yanında yanğın baş verməsi ilə bağlı siqnal saat 20:58-də daxil olub. Hadisə yerinə iki yanğın-xilasedici bölməsi, eləcə də böhranların idarə olunması milli mərkəzinin operativ qrupu göndərilib. Amma yanğın güclü olduğu üçün yardıma əlavə qüvvələr göndərilib. Hazırda yanğın yerində 7 xilasetmə qrupu işləyir.

Məlumata görə, bir mağaza, eləcə də yaxınlıqda park edilmiş 4 avtomobil yanır.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest