“İnter”dən çempionluq yolunda vacib qələbə 

İtaliya A seriyasında XXXVI tura start verilib.

Çempionluğun iki əsas namizədindən biri olan “İnter” doğma meydanda “Empoli”ni qəbul edib.

Matçın gedişində iki top fərqi ilə geri düşən milanlılar toparlanmağı bacarıblar. Hələ ilk hissənin sonuna qədər hesabda tarazlıq yaradan “neradzurra” ikinci hissədə daha iki qol vuraraq “comeback” edib.

Bu nəticə ilə sona iki tur qalmış xallarının sayını 78-ə çatdıran “İnter” oyun sayına görə ən az bir günlük liderliyə yüksəlib. Onun ən yaxın izləyicisi 77 xala malik “Milan”dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest