İnstitut direktoru vəzifəsindən azad edilir

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, bununla bağlı bu gün müvafiq əmr imzalanıb.

O qeyd edib ki, H.Qədirovanın yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, H.Qədirova 2017-ci ildən bu vəzifədə çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest