İnsan həyatını 120 ilə uzatmaq olacaq – Alimlərdən İNQİLABİ NƏTİCƏ

 İsrailli alimlər canlı orqanizmin həyat davamlılığını artırmaq məsələsində inqilabi nəticə əldə ediblər.

Beləliklə laboratoriya siçanları üzərində aparılmış təcrübələr alimlərin yeni üsulunun effektivliyini sübut ediblər. İsrailli alimlərdən ibarət qrup laboratoriya siçanlarının həyat davamlılıqlarını artırmağın mümkünlüyünü təcrübi üsulla sübut edib.

Belə ki, təcrübədən keçmiş 250 fərd siçan adi fərdlər ilə müqayisədə 23% daha uzun müddət yaşayıblar və daha cavan görünüblər. Bundan əlavə olaraq məlum olub ki, təcrübədə iştirak etmiş siçanlar xərçəng xəstəliyinə daha az həssasdırlar. Bu cür nəticəni SIRT6 adlı zülalın korreksiyası sayəsində əldə etmək mümkün olub.

Yaş artdıqca orqanizmdə bu zülalın miqdarı azalır. Təcrübənin əsas nəticəsi əsnasında alimlər bildiriblər ki, bu yeni üsulu insanlar üzərində də təcrübədən keçirilə bilər. Bununla belə əgər yeni üsul insanlarda eyni effekti versə, deməli insan həyatının davamlılığı 120 ilə kimi uzana bilər.

Maraqlısı ondadır ki, siçanların erkək və dişi fərdləri orqanizmdə SIRT6 zülalının artırılması prosesinə fərqli cür reaksiya veriblər. Belə ki, erkək siçanlar 30% daha uzunmüddətli yaşadıqları halda dişi siçanlarda bu göstərici 15% təşkil edib. Hal hazırda yeni üsulun insanlar üzərində təcrübədən keçirilməsi üçün hazırlıqlar gedir.

Bu məqsədlə SIRT6 zülalının miqdarının arıtırılması üçün xüsusi molekullar hazırlanır. Konkret nəticələrin 2-3 il ərzində təqdim olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest