İngiltərədə rekord İNFLYASİYA – İkirəqəmli həddə də ÇATA BİLƏR

İngiltərədə illik inflyasiya son 30 ilin ən yüksək səviyyəsi olan 7 faizə çatıb.

Bu barədə İngiltərə Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, mart ayında illik inflyasiya 7 faizə yüksəlib. Bu, 1992-ci ilin martından bəri görülən ən yüksək həddir.

Bildirilib ki, Rusiyanın Ukraynaya hücumunun nəticələri ilk dəfə olaraq inflyasiyada özünü göstərib.

İngiltərə Mərkəzi Bankı bu ilin sonuna qədər inflyasiyanın ikirəqəmli həddə çata biləcəyi barədə xəbərdarlıq edib.

Həmçinin ərzaq və enerji qiymətlərindəki son artımların inflyasiyanın rekord həddə çatmasına təsir etdiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest