Pakistanın xüsusi xidmət orqanları baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.
Bu barədə “Dawn” qəzetinə müsahibəsində informasiya və yayım naziri Fəvad Çoudri məlumat verib.
“Bu məlumatdan sonra hökumətin qərarı ilə baş nazirin müdafiəsi gücləndirilib”, – Çoudri bildirib.
Bundan əvvəl Pakistanın hakim Ədalət Hərəkatı partiyasının lideri Faisal Vawda da oxşar bəyanatlarla çıxış edərək, baş nazirin həyatına sui-qəsd planının hazırlandığını bildirmişdi.
Redaktor.az