İlon Maska etibar edənlər ciddi zərərlə üzləşiblər

Dünyanın ən varlı insanlarından biri olan İlon Maska etibar edənlər məyus olublar.

“Haber Global” bildirir ki, “Tesla” sahibinin tvitləri ilə qiyməti yüksələn “Dogecoin” kriptovalyutası may ayından bu yana 80% ucuzlaşıb.

Mayın 7-də dəyəri 68 sent olan “Dogecoin” hazırda 16 sentə satılır.

Qeyd edək ki, Mask öz tvitləri və çıxışları ilə bu kriptovalyutaya böyük gələcək vəd etmiş, ona inanan minlərlə şəxs isə dərhal “Dogecoin”i əldə etməyə tələsmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest