İlon Mask ilk dəfə “Forbes”un ən varlı adamları reytinqinə başçılıq edir

Amerikalı sahibkar, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask “Forbes” jurnalının illik ən zəngin adamları siyahısına başçılıq edib. O, bu siyahıda dörd il lider olan “Amazon”un qurucusu Ceff Bezosu əvəz edib.

Maskın sərvəti il ​​ərzində 45 faiz artaraq 219 milyard dollara (372,3 milyard manat) çatıb. Bezos eyni dövrdə 6 milyard dollar (10,2 milyard manat) itirib və onun sərvəti 171 milyard dollar (290,7 milyard manat) təşkil edib.

İlk üçlüyü 158 milyard dollarla (268,6 milyard manat)) “Louis Vuitton Moët Hennessy” qrupunun prezidenti Bernar Arno tamamlayır.

Dördüncü yerdə sərvəti 129 milyard dollar (219,3 milyard manat) dəyərində qiymətləndirilən “Microsoft”un yaradıcısı Bill Qeyts qərarlaşıb.

İlk beşliyi 118 milyard dollar (200,6 milyard manat) sərvəti ilə “Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet tamamlayır.

Mark Zukerberq bir il ərzində demək olar ki, 30 milyard dollar (51 milyard manat) itirərək beşinci yerdən on beşinci yerə düşüb. Hazırda onun sərvəti 67,3 milyard dollar (114,41 milyard manat) qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest