İki nazirin telefonlarında casus proqramı aşkarlandı

İspaniya Baş naziri Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin mobil telefonlarında “Pegasus” casus proqram təminatı aşkarlanıb.
Bu barədə Prezidentlik məsələləri üzrə nazir Feliks Bolanos mətbuat konfransında deyib. Onun sözlərinə görə, Baş nazir və müdafiə nazirinin telefonları 2021-ci ilin mayında və iyununda casus proqram təminatına “yoluxub”.Hökumət rəsmisi bildirib ki, Sançesin telefonu iki dəfə “yoluxub” və telefondan böyük miqdarda məlumat çıxarılıb.
 O, Baş nazirə qarşı kimin casusluq edə biləcəyini açıqlamayıb. “Xarici müdaxilələr dedikdə, onların dövlət qurumlarına yad olduğunu və məhkəmə icazəsi olmadığını nəzərdə tuturuq. Buna görə də biz bu hücumları qeyri-qanuni və xarici müdaxilə kimi təsnif edirik”,- deyən nazir Bolanos, hökumətin hazırda digər yüksək səviyyəli üzvlərin haker hücumuna məruz qalıb-qalmadığını araşdırdığını əlavə edib. Qeyd edək ki, “Pegasus” İsrailin NSO Group şirkəti tərəfindən hazırlanıb və dövlət qurumları, qlobal siyasətçilər, jurnalistlər və fəallar üzərində casusluq etmək üçün istifadə olunduğu müəyyənləşib./APA/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest