İki müsəlman dövlətinin liderləri razılaşdı – İrana qarşı ŞOK ANLAŞMA

Səudiyyə Ərəbistanı və Oman İranın nüvə və raket proqramlarına qarşı əməkdaşlıq məsələsində razılığa gəlib.

Oman Sultanı Heysəm bin Tariqin Səudiyyə Ərəbistanına səfərindən sonra iki ölkə birgə açıqlama verib.

Açıqlamada Səudiyyə Ərəbistanı və Omanın bölgəni qeyri-sabitliyə səbəb olan bütün fəaliyyətlərdən uzaqlaşdırmaq üçün İranın nüvə və raket proqramları ilə əlaqədar ciddi və təsiredici əməkdaşlıq barədə razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, keçmiş Oman Sultanı Qabus bin Səidin ölümündən sonra, bu ilin yanvarın 11-də onu əvəz edən Heysəm bin Tariq ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Dünən iki günlük səfər üçün Səudiyyə Ərəbistanına gələn Sultan Heysəm Kral Salman bin Əbdüləzizlə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest