İki dünya ulduzunun məhkəmə çəkişməsi bitdi – Conni Depp qalib gəldi

Bir aya yaxın iki keçmiş aktyor cütlüyün Conni Depp ilə Ember Herdın məhkəməsi başa çatıb.

Uzun sürən məhkənə çəkişməsində Conni qalib gəlib.

Bu qərar məhkəmə tərəfində böhtan işi üzrə həftələrlə davam edən dinləmələrdən sonra verilib.

Ember “böhtan işi”ndə şər atmaqda günahkar bilinib və məhkəmə aktrisanın Conniyə 15 milyon dollar pul ödəməyi əmr edib. 

Heard “böhtan işi” ilə bağlı əks iddiasını qismən qazanıb. Belə ki, ona ödəniləcək təzminatın məbləği 2 milyon dollardır.

Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə vermişdirlər.  Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb etmişdir.
Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açmışdır.

Rəşad Əliyev, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest