II Yelizaveta üçün bunu da etdilər

Britaniya kraliçası II Yelizavetanın təhlükəsizliyi üçün Vindzor qəsri üzərində uçuşa qadağa zonası yaradılacaq.

Sözügedən zona iqamətgahdan 2500 fut (762 metr) yüksəklikdə olacaq.

Yerli mətbuatın məlumatına görə, qala yaxınlığında 1,4 mil (2,2 km) radiusda uçuşlara qadağa yanvarın 27-dən tətbiq ediləcək.

Yeni qaydalara riayət olunmasına dispetçer nəzarəti xidməti nəzarət edəcək. Əgər hava obyekti uçuşa qadağa zonasına daxil olarsa və nəzarətçilərin çağırışına cavab verməzsə, onun qarşısını almaq üçün RAF qırıcıları göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest