Hindistanda doğum nisbəti kəskin azalıb

Hindistanda Analar Günündə açıqlanan milli ailə sağlamlığı araşdırmasına görə, ölkədə doğum nisbəti kəskin şəkildə aşağı düşüb.

Beş il əvvəl açıqlanan məlumatlarla müqayisədə, rəqəm 2,2-dən 2-dək azalıb. Halbuki, 1950-1960-cı illərdə hər bir hindistanlı qadına təxminən altı doğum düşüb.

Qeyd edək ki, 1970-ci ildən Hindistanda “İki nəfərə iki uşaq” adlı doğuşa nəzarət proqramı fəaliyyət göstərir. Bununla belə, ölkədə əhalinin aylıq artımı təxminən 1 milyon nəfər təşkil edir.

Məhz bu səbəbdən də Hindistan hökuməti doğum nisbətini azaltmaq və ya məhdudlaşdırmaq üçün proqramları ləğv etmək niyyətində deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest