Hindistan 114 ədəd qırıcı alacaq

Hindistan Hərbi Hava Qüvvələri xarici istehsalçılardan 114 yeni qırıcı almaq niyyətindədir ki, onlardan ən azı 96-sı yerli tərəfdaşların iştirakı ilə Hindistan ərazisində yığılmalı, qalan 18-i isə xarici təchizatçılar tərəfindən idxal edilməlidir Yeni Dehli bu məsələni artıq xarici şirkətlərlə müzakirə edib.

Sifarişi yerinə yetirmək üçün xarici şirkət Hindistan istehsalçıları arasından tərəfdaş seçməli olacaq.

Qırıcılara görə ödənişlər isə həm xarici, həm də Hindistan valyutalarında həyata keçiriləcək.

Tenderdə dünyanın ən böyük təyyarə istehsalçılarının, o cümlədən ABŞ-ın “Boeing” və “Lockheed Martin”, İsveçin “Saab”, Rusiyanın “MiQ” və “İrkut”, Fransanın “Dassault Aviation” şirkətlərinin iştirakı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest