Hind ordusundan İNANILMAZ QƏDDARLIQ: Dinc sakinləri “canlı qalxan” kimi istifadə etdilər

Hindistan ordusunun Kəşmirdəki qarşıdurmalarda dinc sakinlərdən “canlı qalxan” kimi istifadə etdiyi üzə çıxıb.

Hindistan qüvvələrinin bölgədəki müstəqillik tərəfdarı silahlı qruplaşmaları günahlandırdığı qarşıdurmada 48 yaşlı Əltaf Əhməd Bhat və 40 yaşlı Müddəssir Gül adlı iki kəşmirli mülki şəxsin öldürüldüyü bildirilib.

Hadisə şahidləri və qurbanların ailələri Hindistan hökumətininin iddialarını təkzib ediblər. Onlar həlak olan iki şəxsin hind ordusu tərəfindən saxlanılaraq “canlı qalxan” kimi istifadə edildiyini və daha sonra edam olunduğunu bildiriblər.

Ölümlərindən sonra hind hərbçiləri tərəfindən basdırılan həmin iki şəxsin cənazələri daha sonra dəfn olunduğu yerlərdən çıxarılaraq ailələrinə təhvil verilib.

Hindistan ordusu bölgədə vuruşduğu silahlı qruplaşmaların üzvləri arasında pakistanlıların da olduğunu iddia etsə də, bununla bağlı heç bir sübut təqdim etməyib.

Son hadisə bölgədə gərginliyi artırsa da, hadisə zamanı həlak olan 3-cü şəxs Əmir Maqrayın cəsədinin harada olduğu barədə məlumat yoxdur. Hind tərəfi Maqrayın silahlı qruplaşmanın üzvü olduğunu iddia etsə də, ailəsi bunu rədd edib.

Kəşmir 1947-ci ildən Hindistan tərəfindən işğal edilib. Bu, Pakistanla Hindistan arasında savaşa səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest