Helikopteri dənizdə qəzaya uğrayan nazir 12 saat üzərək sağ qaldı

Madaqaskar Daxili işlər nazirinin də içində olduğu helikopter dənizdə qəzaya uğrasa da, iki nəfər sağ qalıb.  Sağ qalan iki nəfərdən biri nazir Serj Gelle olub. 

Polis və sahil mühafizəsi bazar ertəsi qəzaya uğrayan helikopterin axtarış-xilasetmə işlərini həyata keçirdiklərini açıqlayıb.

Madaqaskarın daxili işlər naziri Serj Gelle və onunla birlikdə helikopterdə olan digər polis məmuru çərşənbə axşamı səhər dənizkənarı Mahambo şəhərində ayrı-ayrılıqda tapılıblar.  Onlar qəzaya uğrayan helikopterdən özlərini atdıqlarını bildiriblər.

Sosial şəbəkələrdə paylaşılan videolarda 57 yaşlı Gelle üşüdüyünü, lakin xəsarət almadığını  deyib.

O əlavə edib: “Ölmək vaxtım hələ gəlməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest