“Heç qızlar mənə Mourinyo qədər ürək emojisi göndərməmişdi” – Çeferin

UEFA prezidenti Aleksander Çeferin “Roma”nın baş məşqçisi Joze Mourinyonun ona ünvanladığı mesajdan danışıb.

O, “Roma”nın Konfrans Liqasının finalına vəsiqə qazanmasından sonra portuqaliyalı mütəxəssisdən mesaj aldığını söyləyib:

“Çoxları Konfrans Liqasına şübhə ilə yanaşırdı. Amma etiraf edirəm ki, heç qızlar mənə bu qədər ürək emojisi göndərməmişdi ki, Mourinyo “Roma”nın finala vəsiqə qazanmasından sonra mənə göndərdi. Joze futbolla yaşayan və ona emosional yanaşan bir insandır. O, klub səviyyəsində bütün turnirləri udub.

İndi isə Mourinyo Konfrans Liqasının ilk qalibi olacaq məşqçi olmağa yaxındır. Bu, onun üçün çox vacibdir. Bütün bunlar turnirin reklamı üçün də əladır”.

Xatırladaq ki, Konfrans Liqasının “Roma” – “Feyenoord” finalı mayın 25-i Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest