“Hayastan” bloku MSK-nı məhkəməyə verdi

Müxalif “Hayastan” bloku (“Ermənistan”) Mərkəzi Seçki Komissiyası məhkəməyə verdi.

Bu barədə məhkəmənin məlumat saytında datalex.am məlumat yerləşdirilib.

Siyasi blok məhkəmədən MSK-nın 19 iyun qərarını qismən etibarsız hesab etməsini və “Vətəndaş Sazişi” blokuna xəbərdarlıq edilməsini tələb edir.

Xatırladaq ki, “Hayastan” bloku 17 iyun tarixində MSK-ya müraciət edərək, seçki kampaniyası dövründə “Vətəndaş sazişi”ni inzibati resurslardan, xüsusən də çox sayda polis işçisindən, xidməti avtomobillərdən, mətbuat xidməti işçilərindən və hətta rəsmi Facebook səhifəsindın istifadə edib. Bəyanatda Vardenis uşaq evinin şagirdlərinin kampaniyaya cəlb olunması barədə də məlumat verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest